Vətən sağ olsun

 

Qanlı Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Bakı Uşaq Teatrında “Vətən” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşa dövlət himnimizə və bayrağımıza həsr edilib.

İdeyası İntiqam Soltana, quruluşu İntiqam SoltanAyşad Məmmədova məxsus olan tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən istifadə edilib. Bayrağımızın rəngləri, Azərbaycanın keçdiyi keşməkeşli tarixi yol səhnə əsərinin əsas mövzusunu təşkil edib.

Tamaşada obrazları Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov canlandırıb.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- . S. 8.