Uşaq mətbuatı mövzusunda müzakirə saatı

 

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində “Uşaqlar öz mətbuatından nə istəyir” adlı müzakirə saatı keçirilib.

Tədbirdə Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan iştirak edib.

Müzakirə saatında uşaqların mətbuat haqqında fikirləri dinlənilib. Milli Qəhrəmanlar, hərb tariximiz, Azərbaycanın keçmişis. barədə suallar verən balacalar uşaq mətbuatında bu mövzulara yer verilməsini istəyiblər.

Müzakirə zamanı oxucular arasında şeir, hekayə yazan uşaqlar öz qələm nümunələrindən parçalar oxuyublar.

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 6.