20 Yanvar Azərbaycan bəstəkarlarının yaradıcılığında

 

Azərbaycan xalqının yaşadığı ən böyük faciələrdən biri, eyni zamanda müstəqillik mücadiləmizin şanlı səhifəsi olan 20 Yanvar bəstəkarlarımızın yaradıcılığında da geniş əksini tapıb. Yanvarın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən tədbirdə bu barədə söz açıldı.

Musiqi məktəbləri şagirdlərinin, mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq ölkəmizin azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının qəhrəmanlığından danışdı.

Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “20 Yanvar faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” adlı məruzə ilə çıxış etdi. Məruzədə şəhidlərin xatirəsinə bəstələnmiş musiqi əsərlərindən geniş söhbət açıldı.

 

 

 

Mərasim Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən İstedad Mərkəzinin üzvlərinin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam etdi.

 

Fariz

 

Mədəniyyət.- 2016.-  20 yanvar.- S. 3.