Gənc rəssamlara tövsiyələr verilib

 

Yanvarın 19-da Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları ilə Sumqayıtın gənc rəssamlarının görüşü olub. 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş görüşdə şəhidlərimizin xatirəsi yad edilib, gənc rəssamların sərgisinə baxış keçirilib.

Görüşdə həmçinin rəssamlara Azərbaycanın tarixinə həsr olunmuş tematik mövzuda əsərlərin yaradılması tövsiyə edilib, qarşıda duran yeni sərgi və layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə edilib.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 3.