Ölkəmiz Bəhreyndə beynəlxalq forumda təmsil olunur

 

Yanvarın 19-da Bəhreyn Krallığında Beynəlxalq Mədəniyyət və İnvestisiya Forumu və incəsənət sərgisinin açılışı olub.

Beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova iştirak edir. O, ölkəmizin təqdimatı ilə çıxış edib.

Mərasimdə çıxış edən Bəhreynin mədəniyyət naziri xanım Mai bint Məhəmməd Əl Xəlifə tədbirin əhəmiyyətindən bəhs edərkən Azərbaycanın islam mədəni irsinin qorunmasında fəaliyyətini yüksək qiymətləndirib.

Nazir davamlı inkişafın təşviqində mədəniyyətin bütün sahələrinin rolunun vacib olduğunu qeyd edib, mədəni irsin turizmin inkişafında əhəmiyyətini vurğulayıb.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 2.