Məktəbdə xatirə tədbiri

 

Yanvarın 19-da Məmməd Səid Ordubadinin xatirə muzeyi və Dövlət Din Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə M.Rahim adına 7 saylı tam orta məktəbdə “20 Yanvar - qan yaddaşımız” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin şagirdləri Qanlı Yanvar hadisələrini əks etdirən ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Məktəblilərdən ibarət xorun ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

M.S.Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abaszadə, muzeyin elmi işçisi İradə Vəliyeva, Azərbaycan Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva, M.Rahim adına 7 saylı tam orta məktəbin direktoru Könül Həsənova Qanlı Yanvar hadisələri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Sonda 20 Yanvar hadisələrini əks etdirən film nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 13.