Sofiya Universitetində 20 Yanvar faciəsi ilə bağlı tədbir

 

Yanvarın 20-də Azərbaycanın Bolqarıstandakı səfirliyinin Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə bu təhsil ocağında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.

Müvəqqəti işlər vəkili Mahir Cəfərov çıxışında diqqətə çatdırıb ki, 20 Yanvar xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən biridir.

III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Bolqarıstanın Bəstəkarlar İttifaqının üzvü, məşhur dirijor Kiril Lambov, ölkəmizdə 1950-1970-ci illərdə təhsil almış professorlar G.Georgiyev Ç.Hakov çıxış ediblər.

K.Lambov Bakıda olarkən Şəhidlər xiyabanını ziyarət etdiyini söyləyib, bu əzəmətli kompleksin onda yaratdığı təəssüratdan uzun müddət ayrıla bilmədiyini qeyd edib. Baş vermiş faciənin miqyasını amansızlığını əyani şəkildə hiss etdiyini deyən K.Lambov bu faciənin dünya ictimaiyyəti tərəfindən yetərincə qiymətləndirilmədiyini vurğulayıb.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 6.