Əməkdar rəssamın əsərləri Berlində sərgilənir

 

Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərləri Berlindəki “Berlin-Baku-Galeri” sərgi salonunda sərgilənir.

Afrikalı rəssam Zina Maisir və almaniyalı heykəltəraş Stefan Bassirin sənət əsərlərinin nümayiş olunduğu sərgidə həmyerlimizin “Balkondan Bakı mənzərəsi”, “Yağışdan sonra Paris”, “Yay gecəsində yuxu”, “Şairə Məhsəti poeziyası mövzusunda kompozisiya” əsərləri də daxil olmaqla, ümumilikdə 12 rəsmi təqdim olunur.

Sərgi fevralın 24-dək davam edəcək.

Qeyd edək ki, Əsmər Nərimanbəyova dünya şöhrətli fırça ustası, Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun və istedadlı heykəltəraş, Əməkdar rəssam Elmira Hüseynovanın qızıdır. Onun işləri dəfələrlə Fransa, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrdə sərgilənib.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 3.