“Azərbaycan
iqtisadiyyatının gələcəyi”
Davos İqtisadi Forumunun saytında Azərbaycan Prezidentinin məqaləsi dərc olunub
“Turizmin inkişafı qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin olduğunu bir daha təsdiqləyir”
Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan
iqtisadiyyatının gələcəyi” mövzusunda
məqaləsi yerləşdirilib.
Məqalədə qeyd olunur ki, dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyllərdən maksimum dərəcədə qorumağa çalışır. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı inkişaf templərini davam etdirməkdədir. 2015-ci ildə qeyri-neft sənayesi 8,4 faiz artıb.
Bildirilir ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində büdcə gəlirləri də azalmışdır. Dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir. İndiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaqdır. Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi davam etdirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görmüşdür.
“Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir”, - deyə məqalədə daha sonra qeyd olunur. Vurğulanır ki, qeyri-neft sektoru ölkənin ümumi daxili məhsulunun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır.
Nəqliyyat infrastrukturunun inkişafı
prioritet istiqamətlərdəndir. Bu gün biz müasir texnologiyaların tətbiqi
və qonşu dövlətlərin iştirakı
ilə tarixi İpək Yolunu bərpa edirik. Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə
qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolu da tikilir ki,
bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək.
Bunun tarixi əhəmiyyəti
var. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir.
Yeni Beynəlxalq Dəniz Ticarəti Limanı da tikilməkdədir.
Bu da Xəzər
hövzəsində ən
böyük ticarət
limanı olacaqdır.
Müasir texnologiyaların müxtəlif
sahələrdə tətbiqinə
də xüsusi önəm verilir. Azərbaycan “Azerspace-1” və “Azersky” peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Ölkəmizdə müasir idarəetmənin
təmin olunması və şəffaflığın
artırılması üçün
“elektron hökumət”
quruculuğu istiqamətində
işlər aparılır.
Dövlət orqanları “ASAN xidmət”
mərkəzləri vasitəsilə
əhaliyə elektron xidmətlərin göstərilməsini
təmin edir. Hazırda respublika
üzrə 9 “ASAN xidmət”
mərkəzi fəaliyyət
göstərir. Bu mərkəzlərdə dövlət
orqanları tərəfindən
30 sahə üzrə
112, yardımçı funksional
sahələr üzrə
isə 140 xidmət göstərilir. İki yeni
mərkəz isə tikilməkdədir. “ASAN xidmət”in
fəaliyyətə başlamasından
iki il
vaxt keçir. Bu müddət ərzində
7 milyon insan xidmətdən istifadə
edib və əhalinin bu xidmətdən razılıq
əmsalı 100 faizə
yaxındır. Bəzi ölkələr
bizim bu sahədə təcrübəmizdən
istifadə etməyə
başlamışlar.
Məqalədə bildirilir ki, Azərbaycanda turizm sektorunun inkişafına xüsusi diqqət ayrılır: “Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektləri, mehmanxana kompleksləri tikilmişdir. Son bir
neçə ildə dünyanın ən məşhur beşulduzlu
hotel brendləri Azərbaycana
gəlmişdir. Bakıda indi
dünyanın bütün
aparıcı hotelləri
fəaliyyət göstərir.
Turizmin inkişafı qeyri-neft sektorunda bu sahənin
xüsusi çəkisinin
olduğunu bir daha təsdiqləyir”.
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 2.