Mikayıl Müşfiqin xatirəsi anılıb

 

Cahan idman klubuİctimai Birliyinin təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Gecəni ədəbiyyatşünas, astroloq, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy aparıb. Birliyin sədri Elçin Eyvazov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Sənan Talıbov, qurumun baş metodisti İrina Özçoban, “Zirvə” ziyalılar təşkilatının prezidenti, rəssam Minayə Feyzullayeva və başqaları çıxış ediblər.

Çıxışlarda Mikayıl Müşfiq poeziyasının bənzərsizliyindən, şairin yaradıcılığına dövlətimiz tərəfindən verilən yüksək qiymətdən geniş söz açılıb.

Gecədə Mikayıl Müşfiqin bir neçə əsəri səsləndirilib.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.-S. 23.