Opera Balet Teatrının baletmeysteri Belarusa dəvət alıb

 

Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı Belarusun Milli Akademik Böyük Opera Balet Teatrı Dövlət Musiqili Teatrı ilə sıx əməkdaşlıq edir. Bu əlaqələr çərçivəsində belaruslu sənətçilər Bakıda, azərbaycanlı sənətçilər isə Minskdə qastrol səfərlərində olur, rejissor baletmeysterlər yeni tamaşaların quruluşunu həyata keçirirlər.

Bu günlərdə Opera Balet Teatrına Belarus Musiqili Teatrından növbəti dəvət məktubu daxil olub. Teatrın quruluşçu baletmeysteri, Xalq artisti Mədinə Əliyeva fevralın ilk günlərində həmin teatrın səhnəsində Q.ŞaydulovanınKleopatrabaletinin quruluşunu həyata keçirəcək.

Bu, azərbaycanlı baletmeysterin Belarusa ilk səfəri deyil. O, 2010-cu ildə Belarus Musiqili Teatrında səhnəyə qoyulan Ü.HacıbəylininArşın mal alantamaşasında rəqslərə quruluş verib, 2013-cü ildə F.Əmirovun “Min bir gecəbaletinin quruluşunu həyata keçirib.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 19.