Söz” layihəsi davam edir

Yanvarın 25-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Söz” ədəbi layihəsinin növbəti tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən layihənin budəfəki sənət axşamı sovet şairiaktyoru, musiqişünas, SSRİ Dövlət mükafatı laureatı Vladimir Vısotskiyə həsr olunub. Əvvəlcə şairin mahnı və şeirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib.

Sonra layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək layihə barədə danışıb. Bildirilib ki, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin geniş mühitdə tanıdılması, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılmasıdır.

Daha sonra tədbir Vladimir Vısotskinin repertuarından səslənən müxtəlif musiqi və şeirlərlə davam etdirilib.

 

* * *

Söz” ədəbi layihəsinin yanvarın 23-də Mahnı Teatrında gerçəkləşən daha bir tədbiri isə yunan poeziyasına həsr olunub.

Tədbirdə Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas çıxış edərək layihənin ölkələrimiz arasında mədəni əlaqələrin daha da yaxşılaşmasına, iki xalqa məxsus klassikmüasir ədəbiyyatın tanıdılmasına xidmət etdiyini söyləyib.

Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev də ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmiş bu layihənin əhəmiyyətini vurğulayıb.

Poeziya axşamında tanınmış yunan şairləri Odiseas ElitisKonstantinos Kavafisin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.

 

Rəsul Şirinov

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 19.