Yurdumuzu qarış-qarış gəzək”

 

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Nəvai Mətin Məmmədoğlunun rəhbərlik etdiyiAktiv Rəssamlar Qrupu” tərəfindən “Yurdumuzu qarış-qarış gəzək” adlı plener keçirilib.

Rəssamlar Nəsimi adına Mədəniyyət və istirahət parkında öz bacarıqlarını nümayiş etdiriblər. Sumqayıtda ilk dəfə keçirilən bu layihə şəhər əhalisinin böyük marağına səbəb olub.

Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov rəssamlarla görüşərək maraqlı tədbirə görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu tədbirlər insanları az da olsa gündəlik qayğılarından ayırır, sənətə marağın artmasına, şəhərdə mədəni həyatın canlanmasına səbəb olur.

Qeyd edək ki, rəssamlardan Nəvai Mətin, Naqiyə Rzayeva, Əbdüləmi Əliyev, Aynurə Mustafayeva, Akif Əmirov, Akif Yarışovun çəkdiyi rəsmlərin sərgisi Sumqayıt Dövlət Rəsm Qalereyasında keçiriləcək.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 18.