Kinokameranın obyektivindən görünən üfüqlər

 

Bir əsrdən artıq yaşı olan Azərbaycan kinosu son illər dövlətin kino sənətinə diqqət və qayğısı, bu sahəyə yeni yaradıcı qüvvələrin gəlməsi, müştərək layihələrin həyata keçirilməsi nəticəsində yeni inkişaf dövrünə qədəm qoyub. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkəmizdə kino sənayesini inkişaf etdirmək üçün münbit şərait yox idi. Maliyyə çətinlikləri, beynəlxalq aləmə inteqrasiyanın istənilən səviyyədə olmaması bu sahənin inkişafına maneçilik törədirdi. Ölkəmizin iqtisadi tərəqqisi, artan maddi imkanlarbu sahədə xarici əlaqələrin inkişafı milli kinomuzun da qarşısında yeni üfüqlər açdı.

 

Bu gün Azərbaycan kinosu bir-birindən maraqlı, baxımlı ekran nümunələri ilə tamaşaçı rəğbəti qazanır. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir, filmlərimizin beynəlxalq miqyasda təbliğatına xüsusi önəm verilir.

Bunun nəticəsidir ki, 2006-2016-cı illər ərzində kinomuza 40-dan artıq tammetrajlı, 50-ə yaxın qısametrajlı film vəsiqə alıb. Bu ekran əsərlərinin çoxu milli dəyərlərimizi, milli mübarizə tariximizis. əks etdirir. Bu mənada Qarabağ mövzusunda ekranlaşdırılan filmlərin müstəsna əhəmiyyəti var. Bir nömrəli problemimizin uğurlu ekran təcəssümü və beynəlxalq aləmdə təbliği Azərbaycan həqiqətlərinin sənət vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına xidmət edir.

 

Gəncləşən kinomuz

 

Ölkəmizdə gənc kino mütəxəssislərinin potensialının üzə çıxarılması üçün bir sıra addımlar atılır. Bu məqsədlə reallaşan layihələrdə neçə-neçə istedadlı rejissor həm kino aləmində özünü təsdiq etmək imkanı qazanıb, həm də tamaşaçıların diqqətini cəlb edə bilib.

Nazirlik tərəfindən 2006-2011-ci illərdə həyata keçirilən “Bu meydan, bu ekran” müsabiqəsi nəticəsində kinomuza yeni adlar gəldi. Onlar hazırda yeni filmlər üzərində işləməklə bərabər, həm də onların müsabiqə çərçivəsində reallaşdırdıqları ekran əsərləri beynəlxalq müsabiqələrdə ölkəmizə uğur gətirir. Gənc rejissorların ərsə gətirdikləri “Mayak”, “Axınla aşağı”, “40-cı qapı”, “Buta”, “Nabat”, “Sonuncu”, “Çölçü” və digər filmlər 30-dək ölkədə keçirilən 50-yə yaxın beynəlxalq kinofestivalda nümayiş olunub, müxtəlif mükafatlar qazanıb. Kino mütəxəssisləri Azərbaycan kinosu tarixində gənclərə yaradılan şərait baxımından son illəri “qızıl dövr” də adlandırırlar.

Gənc rejissorların fəaliyyətindən danışarkən nazirlik tərəfindən həyata keçirilən “Milli Qəhrəmanlar” silsiləsinə daxil olan filmlərin istehsalını da qeyd etməliyik. Bu filmlərin əksəriyyəti gənclər tərəfindən ekranlaşdırılır və tədris müəssisələrində nümayiş olunur, rəğbətlə qarşılanır. Gənc nəsildə vətənpərvərlik ruhunun inkişafı üçün nazirlik tərəfindən həyata keçirilən bu layihə hazırda uğurla davam etdirilir.

“Motivlər” kinoalmanaxı, “Xəzər-2014” layihəsi, “4.1 Şəhər motivləri”, Polşa kinematoqrafçıları ilə birlikdə reallaşan “Bakı - sübhdən günbatanadək” layihəsi də gənc rejissorlarla aparılan yaradıcılıq işi kimi mühüm əhəmiyyət kəsb edir. Bu layihələr çərçivəsində lentə alınan filmlər festivallara dəvət alır və müxtəlif nominasiyalarda vətənə mükafatlarla qayıdır. Kino üzrə xaricdə təhsil alan gənclər də bu sahəyə töhfələrini verməkdə davam edirlər.

 

Filmlərimiz beynəlxalq ekranlarda

 

Son illərdə köklü ənənələrə malik olan “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən “Dərvişin qeydləri” (rejissor Eldar Quliyev), “Qisas almadan ölmə. Keçmişdən məktublar” (rejissor Oqtay Mir Qasım), “Yarımçıq xatirələr”, “Dolu” (Elxan Cəfərov), “Axırıncı dayanacaq” (Fikrət Əliyev), “Nabat” (Elçin Musaoğlu), “Dərs” (Rafiq Əliyev, Cavid Təvəkkül) və digər filmlər uğurlu ekran əsərləri siyahısındadır. Ümumiyyətlə, filmlərimiz beş qitəni əhatə edən 40-dan artıq ölkədə 100-dən çox festivalda iştirak edib. Bunların arasında Kann, Venesiya, Karlovı Varı, Berlins. kimi məşhur festivalları xüsusi qeyd etmək lazımdır.

2011-ci ildə Azərbaycan kinematoqrafiyası tarixində əlamətdar hadisə baş verdi. Belə ki, Kann kinofestivalında ilk dəfə ölkəmizin xüsusi pavilyonu təşkil edildi. Kannda nümayiş olunan ilk ekran əsəri kimiAktrisa” (rejissor Rövşən İsax) filminin adı tarixə yazıldı. Artıq 4 ildir ki, bu festivalda milli kinomuz nümayiş olunur. Kann həm də kino sahəsində beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından əla fürsət hesab olunur.

2011-ci ildə Londonda, 2014-cü ildə Braziliyada, 2015-ci ildə AvstriyaAlmaniyada, Koreya Respublikasında Azərbaycan kinosu həftəsinin təşkil olunması kinematoqrafiyamızın beynəlxalq səviyyədə təbliğində mühüm əhəmiyyət kəsb edir.

Qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, birgə layihələr kinoda öz müsbət təsirini göstərir. Son illər xarici kino şirkətləri ilə müştərək çəkilən filmlərin sayı artır. Türkiyə, Rusiya, Fransa, Almaniya, İrans. ölkələrlə birgə bədii, sənədli, cizgi filmləri istehsal edilibmaraqla qarşılanıb. Xalq yazıçısı Elçinin ssenarisi əsasında Azərbaycan və Türkiyə kinematoqrafçılarının çəkdiyi “Mahmud və Məryəm” filmi Azərbaycan kinosunu dünya prokatına çıxaran ilk böyük layihə oldu.

Son illər paytaxtımızda ənənəvi olaraq təşkil olunan beynəlxalq turizm, eləcə də idman filmləri festivalları ölkəmizin kino sahəsində artan nüfuzunun göstəricilərindəndir.

Azərbaycanda kino sahəsinin inkişafına göstərilən diqqət və qayğı təkcə yeni ekran əsərlərinin ərsəyə gəlməsi və təbliği ilə məhdudlaşmır. Eyni zamanda bir əsrdən artıq müddətdə ekranlaşdırılan film nümunələrinin qorunması istiqamətində də bir sıra addımlar atılıb. 2009-cu ildə Azərbaycan Dövlət Film Fondunun yeni binası istifadəyə verilib. Beynəlxalq Kino Arxivlər Federasiyasının (FİAF) məlumatına görə, bu, son illərdə dünyada inşa edilmiş ən uğurlu kino arxivi binasıdır. Fond ölkədə nüsxəsi olmayan milli filmlərin və digər kino materiallarının beynəlxalq mübadilə yolu ilə axtarılıb ölkəyə gətirilməsi məqsədilə geniş aparır. RusiyaGürcüstan kino arxivlərindən bir sıra bədii, sənədli və cizgi filmləri, səs yazıları, fotomateriallar arxivə daxil edilib. Sovet dövründə istehsal edilərək Rusiya arxivlərində saxlanılan arxiv materiallarının fonda daxil edilməsi üçün danışıqlar aparılır.

Kinematoqrafiyanın inkişafında maddi-texniki baza ilə yanaşı, yeni zövq, yeni düşüncə də əsas məsələlərdəndir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu sahədə mütərəqqi işlək mexanizmin qurulması istiqamətində layihələr həyata keçirilir, yaradıcı qüvvələrin imkanlarından istifadə olunur.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 16.