XVI Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi işə başlayır

 

 

 

   Aprelin 6-da Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisinin (AİTF 2017) açılışı olacaq. “Bütün dünya - bir sərgi” devizi altında keçirilən ənənəvi tədbir turizm bazarı, dövlət strukturları, yerliregional turizm təşkilatlarının nümayəndələrini növbəti dəfə bir araya gətirəcək.

   Sərginin təşkilatçıları “İteca Caspian” və onun tərəfdaşı “İTE Group” (Böyük Britaniya) şirkətləridir. AİTF sərgisi yarandığı vaxtdan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgi həmçinin BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir.

   Bu il sərgidə turizm sahəsinin müxtəlif istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, digər xidmət növləri təqdim ediləcək. Bir sıra ölkələr milli stendləri (Belarus, Çexiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailands.) və regional stendlərlə (Roqaşka Slatina - Sloveniya, Stavropol - Rusiya) iştirak edəcək. Hər dəfə geniş təmsilçiliklə diqqət çəkən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm firmaları, hotellər birliyi, səyahət şirkətləri federasiyası kimi qurumlar da daxil 100-dək təmsilçi ilə AİTF sərgisinə qatılacaq.

   Hər il sərgiyə yeni iştirakçılar qoşulur. Bu il ilk dəfə KolumbiyaKuba öz turizm imkanlarını nümayiş etdirəcək. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliyaÇinin turizm şirkətlərini qeyd etmək olar.

   AİTF sərgisi Azərbaycanda turizm bazarının imkanlarını nümayiş etdirməklə daxili turizm sektorunun inkişafında da yaxından iştirak edir. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin də ayrıca stendi nümayiş olunacaq.

   Aprelin 8-dək davam edəcək sərginin ikinci günü yerlixarici şirkətlər arasında işgüzar əlaqələr qurmaq imkanı yaradan vorkşop keçiriləcək. Vorkşopun təşkili çərçivəsində xüsusi onlayn sistem yaradılıb və iştirakçılar bu sistem vasitəsilə onları maraqlandıran şirkətlərlə görüşlər təyin edə bilərlər.

   Ötən illərdə olduğu kimi, AİTF sərgisi ilə yanaşı, Bakı Ekspo Mərkəzində region üzrə hotelrestoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (“Horex Caucasus 2017”) sərgisi də keçiriləcək.

 

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.2.