İstiqlal Muzeyində “Bitməyən savaş

 

 

   Aprelin 6-da Azərbaycan İstiqlal Muzeyində 2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən döyüşlərə həsr olunan “Bitməyən savaş” adlı tədbir-sərgi keçiriləcək.

   Sərgidə Aprel döyüşlərində həlak olan Əbdülməcid Axundov, Fəxrəddin Qurbanlı, Samid İmanov, Müşfiq Orucov, Orxan Müstəcəbov, Vüqar Yusifov, Murad Mirzəyev, Raquf Orucov və Pəncəli Teymurovun əşyaları nümayiş olunacaq.

   Tədbirdə şəhidlərin yaxınları və dostları, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.

 

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.2.