Vokal estrada oxuma üzrə respublika müsabiqəsinin yekun konserti

 

 

   Aprelin 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Uşaq gənclər arasında vokal estrada oxuma üzrə respublika müsabiqəsinin yekun konserti keçiriləcək.

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mart ayında Bakı şəhərində 8-18 yaşlı uşaq və gənclər arasında 2 nominasiya (vokalestrada oxuma) və 2 yaş qrupu üzrə keçirilmiş müsabiqədə respublikanın uşaq musiqi və incəsənət məktəbləri, Azərbaycan Milli Konservatoriyası və onun tərkibindəki İncəsənət Gimnaziyasından 70-ə yaxın şagird və tələbə iştirak edib. Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Samir Cəfərovun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən müsabiqədə fərqlənən şagird və tələbələr, onların müəllim və konsertmeysterləri müxtəlif dərəcəli diplom və fəxri fərmanlara layiq görülüblər.

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.2.