Niderlandda Firəngiz Əlizadənin əsərinin premyerası

 

 

   7 və 9 apreldə Niderlandın paytaxtında - “Amsterdam Royal Concertgebouwun böyük salonunda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası keçiriləcək.

   Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olanAmsterdam Royal Concertgebouwson illər ərzində müxtəlif dinlərə məxsus “İlahilər” layihəsini həyata keçirir. Layihə üzrə dünyanın fərqli dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib. Bu irihəcmli musiqi əsərlərinin ifası bütün Avropa ölkələrində böyük rezonans doğurub.

   İslam dininə aid ilahilərin bəstələnməsi Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə olunub. Beləliklə, “Nasimi Passion” əsəri yaranıb və 35 dəqiqəlik bu möhtəşəm əsərin məşqləri artıq bir neçə aydır ki, Niderlandın Kral simfonik orkestri, xoru və solistləri tərəfindən aparılır.

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.3.