Yarım əsrin astanasında bayram təntənəsi

 

 

   Aprelin 1-də Azərbaycan Dövlət Filarmoniyasında Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik Uşaq musiqi məktəbinin 50 illik yubileyinə həsr olunmuş konsert təqdim edildi.

   Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək musiqi məktəbinin kollektivini yubiley münasibətilə təbrik etdi, şagird müəllim heyətinə yeni yaradıcılıq uğurları arzuladı. Bildirildi ki, dövlətimiz tərəfindən yeniyetmə gənclərin yaradıcı inkişafına diqqət qayğı göstərilir. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyəti var.

   Vurğulandı ki, unudulmaz müğənni Şövkət Ələkbərovanın adını daşıyan məktəbin pedaqoji kollektivi sənətkarın adına layiq şəkildə tədris həyata keçirir, məktəbin yetirmələri müsabiqə festivallarda yüksək nailiyyətlər qazanırlar. İstedadlı gənclərin bu gün təqdim etdiyi konsert proqramı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış etməsinin özü bir məsuliyyət olmaqla yanaşı, məktəbdə təhsil səviyyəsindən xəbər verir.

   Sonra Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin direktoru Sevda Məmmədova qonaqları salamladı, şagirdlərin hazırladığı musiqi çələnginin maraqla qarşılanacağına ümidvar olduğunu dedi. O, məktəbin kollektivi valideynləri adından Azərbaycanın istedadlı uşaq gənclərinə hər zaman göstərdikləri qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirdi.

   Yubiley tədbiri məktəbin şagirdləri Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin birgə çıxışları ilə davam etdi. İkihissəli konsert proqramında şagirdlər Röya Bağırzadə, Nihad Qədirli, Fərəh Musayeva, Xeyri Məmmədli, Lalə Gözəlova, Məhta Məhəmmədəlizadə digərlərinin ifasında Azərbaycan Avropa bəstəkarlarının əsərləri səsləndi. Hər bir çıxış maraq alqışlarla qarşılandı. Məktəbin xalq çalğı alətləri ansamblı, violin ansamblı müsabiqələr laureatı olan xorunun ifası xüsusilə yadda qaldı.

   Qeyd edək ki, Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbi 1967-ci ildə yaradılıb. Burada görkəmli musiqiçilər pedaqoji fəaliyyət göstəriblər. Onlardan xalq artistləri Ramiz Quliyev, Eldar Mansurov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həmid Vəkilov digərlərinin adını çəkmək olar. Şagirdlər 12 ixtisas üzrə təhsil alırlar. 1993-cü ildən məktəb Şövkət Ələkbərovanın adını daşıyır. 2013-cü ildə təhsil ocağının binası Mədəniyyət Turizm Nazirliyi tərəfindən əsaslı təmir yenidənqurmadan sonra kollektivin ixtiyarına verilib.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.5.