Müəllimlərin konserti maraqla qarşılanıb

 

 

 

   Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müəllimlərin hesabat konserti keçirilib. Təşkilatçısı və aparıcısı Leyla Həsənova olan konsertdə müəllimlər Mətanət Nurullayeva, Sevinc Kərimova, Bəturə Əhmədova, Vəfa Babayeva, Nazilə Əliyeva, Marina Qorşkova, Humay Süleymanlı, Çinarə Quliyeva, Sevinc Məmmədova, Səbinə İsmayılova, Nəbi Quliyev, Nurlan Cəfərli, Elnur Məmmədov, Becan Hüseynov, Elnur İmanov, Hacı Məmmədzadə, Əlikişi Umudovun müxtəlif alətlərdə nümayiş etdirdikləri ifalar konsertə xoş əhval-ruhiyyə qatıb. Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusiflimusiqi nömrəsi ilə çıxış edib.

   Qeyd edək ki, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində belə konsertlər artıq ənənə halını alıb və müəllimlər də bu konsertə böyük həvəs və məsuliyyətlə yanaşırlar.

 

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.5.