“Şəhidlər ölməz, Vətən bölünməz!”

 

 

 

   Xəzər rayon MKS-nin Mərkəzi kitabxanasında Aprel döyüşləri şəhidlərinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilib. Tədbirdə rayon Gənclər və İdman idarəsi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, şəhid ailələri və məktəblilər iştirak ediblər.

   2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş döyüşlərdə qəhrəmancasına şəhid olmuş Müşfiq Orucovun atası Arif Orucov çıxış edərək oğlu ilə bağlı xatirələrini bölüşüb.

   Xəzər rayon 117, 123 və 218 saylı tam orta məktəblərin şagirdləri vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. Sonda şəhid Kamran Şirəliyevə həsr olunmuş sənədli film nümayiş olunub.

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.6.