“Əlimdən tut

 

 

 

   Beynəlxalq autizm günü münasibətilə tamaşa göstəriləcək

  

   Aprelin 5-də Azərbaycan Dövlət Kukla Teatrında Beynəlxalq autizm günü münasibətilə tədbir keçiriləcək. Dövlət Kukla Teatrı ilə Müasir Psixologiya Mərkəzinin birgə layihəsi olan tədbirdə “Əlimdən tut” adlı sözsüz tamaşa təqdim olunacaq. Tamaşada teatrın aparıcı aktrisası Cəmilə Allahverdiyeva, teatrın nəzdində “Oyuq” teatr-studiyasının balaca aktyorları və autizm sindromlu uşaqlar iştirak edir.

   15 dəqiqəlik sözsüz tamaşanın ideyassenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir. Tədbir-tamaşanın təşkilində məqsəd autizmli uşaqların cəmiyyətə adaptasiya olunmasıdır.

 

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.7.