Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği

 

 

 

   Aprelin 4-də Mədəniyyət Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz AMEA-nın Memarlıq İncəsənət İnstitutunun birgə təşkilatçılığı iləMədəni turizm məhsulunda milli ornamentlərin təbliğimövzusunda elmi konfrans keçirildi. Tədbir zamanı hər iki müəssisə arasında əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalandı.

   İştirakçılar əvvəlcə milli sənətkarlıq nümunələrindən ibarət sərgi ilə tanış oldular.

   Konfransda çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bildirdi ki, mədəni turizm məhsulunda milli ornamentlərin təbliğində əsas məqsəd xalq sənətinin populyarlaşdırılmasıdır. Birgə əməkdaşlıq nəticəsində isə metodikielmi tədqiqat, sənətin təbliği bir araya gələcək, mədəni irs nümunələrimizin tədqiqinə və təbliğinə şərait yaranacaq. Ornament millətin imzasıdır. Bu sahənin araşdırılması, tədqiqi və təbliği çox mühüm addımdır.

   Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, “Yenilikləri gətirməklə ənənələri qoruyaqdevizi ilə fəaliyyət göstərən mərkəz bir sıra yerlixarici təşkilatlarla əməkdaşlıq qurub, bu zəmində müxtəlif layihələr həyata keçirilir.

   Vurğulandı ki, milli naxışlar Azərbaycan xalqının tarixi, incəsənəti, ədəbiyyatı, memarlığı, bədii miniatür və dekorativ-tətbiqi sənəti ilə bağlıdır: “Mədəni turizm məhsullarının hazırlanmasında naxışlardan istifadə vacibdir. Azərbaycan milli naxışlarının forması, texnikası, süjeti, rəng və kompozisiyası hədiyyəlik məhsullar vasitəsilə turistlərə təbliğ edilməlidir. Elmdə olan potensialı biz metodikada birləşdirərək milli irsimizi təbliğ etməyi bacarmalıyıq. Müasir turisti cəlb etməyin bir çox yolları var ki, onlardan biri də özünəməxsusluğu ilə seçilən ornamentlərin əks olunduğu suvenirlərdir. İnformasiya mübarizəsində, milli mədəni irsin qorunmasında təbliğat əhəmiyyətli rola malikdir. İnanıram ki, bu mübarizədə elm və təcrübə vəhdət şəkildə öz töhfəsini verəcək”.

   Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalandı.

   Konfrans işini məruzələrlə davam etdirdi. Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova “Hədiyyəlik məhsullar üzərində Azərbaycan tarixinin və mədəniyyətinin brendi - naxışlar”, Elmi-Metodik Mərkəzin əməkdaşı Məhbubə Əbilova “Azərbaycanın bədii sənətkarlıq nümunələri dünya muzeylərində”, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Aidə Sadıqova “Azərbaycan xalçaçılıq məktəbi ənənə və müasirlik kontekstində”, Fəridə Quliyeva “Azərbaycan milli ornamentləri” mövzularında məruzələrlə çıxış etdilər.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.8.