“Təbəssüm” rəqs qrupu Tbilisidə diploma layiq görülüb

 

 

 

    Gürcüstanın paytaxtı Tbilisidə tanınmış rəqqas və baletmeyster Vaxtanq Çabukiani adına IV Beynəlxalq xoreoqrafiya festivalı keçirilib. Aprelin 2-də yekunlaşan festivalda iştirak edən Azərbaycan Respublikası Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupu diploma layiq görülüb.

   Festivalda Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdən 9-13, 14-18 və 19-25 yaş qruplarında rəqqaslar yarışıblar. “Təbəssüm” qrupuBayram” və “Basqalı” rəqslərini ifa edib. Qrupun üzvləri İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdindəki Azərbaycanın dostları klubunda da olublar. Klubun rəhbəri Leyla Əmrahova görülən işlər, Azərbaycanın təbliği və s. barədə kollektivə məlumat verib.

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.10.