İki teatrın “Kələkbaz”ı
Bakı Uşaq Teatrının direktoru,
rejissor İntiqam Soltan yeni bir
eksperimentə imza atıb. O, iki müxtəlif teatrda eyni tamaşaya quruluş verib. 6-12
yaşlı uşaqlar üçün
nəzərdə tutulmuş “Kələkbaz”
komediyası Bakı Uşaq Teatrında və
Ağdam Dövlət Dram
Teatrında təhvil verilib. Layihədə
məqsəd teatrlar arasında təcrübə
mübadiləsinin aparılmasıdır. Belə ki, eyni tamaşanın eyni quruluşda
hazırlanması nəticəsində hər iki
teatrın aktyorları bir-birini əvəzetmə
yolu ilə həmin tamaşada
oynaya bilərlər. Bu
təcrübənin digər region
teatrları ilə də aparılması nəzərdə tutulur.
Mədəniyyət.- 2017.- 5 aprel.-
S.10.