Şagirdlərin nailiyyətləri

 

 

   Xəbər verdiyimiz kimi, 17-19 mart tarixində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa Müsabiqə Komitəsinin, İtaliyanın “Testene Art” Beynəlxalq Mədəniyyət Assosiasiyasının, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və C.Hacıyev adına 3 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Testene Art Baku” incəsənət festival-müsabiqəsi keçirilib.

   Müsabiqədə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Uşaq musiqi məktəbi də uğurla təmsil olunub.

   Müsabiqənin nəticəsinə görə, məktəbin XI sinif şagirdi Ramin Pələngov (balaban) Qran-pri (müəllim Amanulla İbadullayev), məktəbin məzunu Fərhad İbadov (kamança) və VIII sinif şagirdi Tuqay Hüseynzadə (kamança) II yerə layiq görülüblər.

 

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.11.