Azərbaycanlı pianoçunun Parisdə solo konserti

 

 

 

   Tanınmış pianoçu Səidə Zülfüqarova aprelin 23-də Parisdə Bulon-Biyankurda solo konsert proqramı ilə çıxış edəcək. Konsertdə F.Şopenin əsərləri səsləndiriləcək.

   Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi konsertmeyster ixtisasına yiyələnib. Bir sıra müsabiqələrin qalibidir, Paris IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub. Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professorudur.

  

 

Mədəniyyət.- 2017.- 7 aprel.- S.4.