Müsabiqə başa çatır, sənət yolu başlayır

 

 

   Vokalestrada oxuma üzrə respublika müsabiqəsinin qalibləri elan edildi

  

   Aprelin 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Uşaq və gənclər arasında vokalestrada oxuma üzrə respublika müsabiqəsinin yekun konserti keçirildi.

   Məlumat üçün deyək ki, bu ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda 8-18 yaşlı uşaq və gənclər arasında 2 nominasiya (vokalestrada oxuma) üzrə 2 yaş qrupunda müsabiqə keçirilib. Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Samir Cəfərovun sədrlik etdiyi münsiflər heyəti respublikanın uşaq musiqi və incəsənət məktəblərində, Azərbaycan Milli Konservatoriyasında və onun tərkibindəki İncəsənət gimnaziyasında təhsil alan 70-dək şagird və tələbənin ifasını dinləyib.

   Nəhayət, qaliblərin elan edildiyi gün yetişdi.

   Səhnəyə dəvət edilən mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva qalibləri, onların müəllimlərini təbrik edərək söylədi ki, zəngin ənənələri olan milli vokal məktəbimizin onlarla yetirməsinin adı Azərbaycan musiqi sənəti tarixinə qızıl hərflərlə yazılıb. Vokalçılarımızın səsləri həm xarici ölkələrin opera səhnələrindən, konsert salonlarından gəlir. Sevindirici haldır ki, bu gün ölkəmizdə həm akademik vokal, həm estrada sahəsində istedadlı gənclər çoxdur. Bu müsabiqəni keçirməkdə məqsəd gənc istedadları aşkara çıxarmaq, onların ifaçılıq səviyyəsini yüksəltmək dəstəkləməkdir.

   Nazir müavini vurğuladı ki, ölkə başçısı İlham Əliyev daim istedadlı gənclərə, uşaq yaradıcılığının inkişafına böyük diqqət qayğı göstərir. Belə ki, son illər onlarla istedadlı uşaq yeniyetmənin adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na salınıb, onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb.

   Sonra Mədəniyyət Turizm Nazirliyinin Elm, təhsil gənclərlə şöbəsinin müdiri Yaşar Əliyev qaliblərin adlarını elan etdi. Bildirildi ki, 4 nəfər - İsmayıl Əsədli, Əhməd Əmirli, İsgəndər Həsənzadə Nihad Orucov I dərəcəli diplom müsabiqənin laureatı adına, Suel Baxşəliyeva, Dürdanə Məmmədzadə, Atilla Məmmədov, Sara Nəsirova, Emil İsmayılov, Qaya Nəsibzadə Talıb İsgəndərli II dərəcəli diplom laureat adına layiq görülüblər. Daha 12 nəfər uşaq gəncin çıxışı isə III dərəcəli diplom müsabiqənin laureatı adı ilə qiymətləndirilib.

   Xalq artisti Samir Cəfərov, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov təcrübəli mütəxəssis Solmaz Qasımovadan ibarət münsiflər heyəti müsabiqə iştirakçılarını bu sənət yarışına hazırlaşdıran müəllim konsertmeysterləri unutmayıb. Daha çox fərqlənmiş 22 müəllim 16 konsertmeyster mükafatlandırılıb.

   Qaliblər elan edildikdən sonra konsert başlandı. Konsertdə çıxış edən hər qalibin ifasının alqışlarla qarşılanması göstərdi ki, münsiflər heyəti sənət yarışına qatılanlar arasından ən istedadlılarını seçiblər. Uşaq gənclərin vokal estrada oxuma üzrə respublika müsabiqəsi qaliblərinin arasında bölgə məktəblilərinin olması sevindirici haldır.

   Konsertdən sonra qaliblər Mahnı Teatrının qarşısında, ölməz müğənni, Azərbaycan vokal estrada musiqisini dünyada tanıtmış SSRİ Xalq artisti Rəşid Behbudovun heykəli önündə xatirə şəkli çəkdirdilər.

  

   G.Mirməmməd   

 

Mədəniyyət.- 2017.- 7 aprel.- S.5.