Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılacaq

 

 

   Aprelin 7-də Ağcabədi rayon Mədəniyyət mərkəzində unudulmaz xanəndə, Xalq artisti Yaqub Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Azərbaycan Milli Konservatoriyasının “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili məclisləri layihəsi çərçivəsində reallaşacaq.

   Milli Kitabxananın fondunda qorunan muğam haqqında, Yaqub Məmmədovun həyat və yaradıcılığından bəhs edən kitablar, məqalələr və disklərdən ibarət kitab sərgisi açılacaq. Xatirə tədbiri konsert proqramı ilə davam edəcək.

 

 

Mədəniyyət.- 2017.- 7 aprel.- S.12.