Müstəqillik dövrünün bədii plakatları

 

 

   Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilən kolleksiya nümunələrinin sərgisi

  

   Aprelin 7-də Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda “Azərbaycan bədii plakatı: 1994-2005-ci illər” adlı sərginin açılışı keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Bakı İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan sərgini mərkəzin direktoru Rəfael Gülməmmədli açaraq tədbirin önəmindən danışıb.

   Qeyd edib ki, 1994-2005-ci illərdə Bakı İncəsənət Mərkəzi ABŞ-ın “Unocalneft şirkəti ilə birgə ardıcıl olaraq milli plakat müsabiqələri təşkil edib. Müsabiqələr “Azərbaycan bu gündevizi altında keçirilərək 28 May - Respublika Gününə həsr olunub. Bu müsabiqə günümüzəcən Azərbaycanın ən yeni tarixində - müstəqillik dövründə keçirilən ilk və tək davamlı müsabiqə olaraq qalır. Plakat müsabiqələri ölkəmizin müstəqilliyinin ilk, ağır illərində təşkil edilib və həmin çətin çağlarda bu sənət növünün inkişafına xidmət edib. R.Gülməmmədlinin sözlərinə görə, Bakı İncəsənət Mərkəzi kolleksiyanın qorunmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə əvəzsiz olaraq hədiyyə edilməsi təşəbbüsü ilə çıxış edibnazirlik buna razılıq verib.

   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev illər boyu əldə edilmiş əsərlərin nazirliyə təqdim olunmasını milli irsə sayğı kimi dəyərləndirib. O bildirib ki, bu kolleksiya Azərbaycan dövlətinin muzey və fondlarında dövlət mülkiyyəti kimi saxlanılacaq. Nazir müavini həmin əsərlərin gələcəkdə araşdırmaçılar tərəfindən öyrəniləcəyini, eləcə də vətənpərvərlik yönlü təbliğat işlərində istifadə ediləcəyinə inandığını söyləyib.

   Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev plakat janrının ictimai həyatımızda yerindən, eləcə də sərgilənən əsərlərin önəmindən, dövlətə qorunmaq üçün verilən işlərin bədii dəyərindən söz açıb.

   Rəssam Mirazər Abdullayevuzun illər keçirilmiş milli plakat müsabiqəsində iştirak etdiyinibu yarışmanın ölkəmizdə plakat janrının inkişafında böyük rol oynadığını dilə gətirib.

   Bildirək ki, sərgidə 60-a qədər əsər nümayiş olunur. Onlar müxtəlif illərdə keçirilmiş müsabiqələrdə mükafat qazanmış əsərlərdir. Sərgidə Rəşid Şərif, Kirman Abdin, Elçin Məmmədov, Fikrət Ələkbərov, Ülvi Abdullayev, Aydın Süleymanov, Lalə Ələsgərova, Haşım Elçiyev, İsmayıl Məmmədov, Tərlan Qorçu, İlqar Əmrahov, Mirazər Abdullayev, Asif Azərelli, Gündüz Əlizadə, Qafar Sarıvəlli, İradə Qurbanova və başqalarının əsərləri nümayiş olunur.

   Xatırladaq ki, 1994-2005-ci illər plakat müsabiqələrinin ümumilikdə 200-ə yaxın qalib əsəri Bakı İncəsənət Mərkəzinin Fondunda saxlanılıb. Bundan sonra həmin kolleksiya dövlət tərəfindən qorunacaq.

   “Azərbaycan bədii plakatı: 1994-2005-ci illər” sərgisi aprelin 13-dək davam edəcək.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.5.