Yaz sevincləri”

 

 

 

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin “Dostluq” mədəniyyət evi Sumqayıt Dövlət Rəsm Qalereyasında “Yaz sevincləri” adlı rəsm sərgisi keçirib.

   Mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin 50-dən çox rəngkarlıq və tətbiqi-dekorativ sənət nümunələri nümayiş olunub.

   Sumqayıtın baş rəssamı, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov, rəssam Tofiq Əhmədov, şair Əşrəf Şəfiyev, “Dostluq” mədəniyyət evinin direktoru Aslan Fətullayev, qalereyanın direktoru Ellada Həsənova tədbirdə çıxış edərək gənc rəssamlara yaradıcılıq uğurları arzulayıblar.

   Daha sonra həvəskar rəssamlar fəxri fərmanlarla təltif olunublar.

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.5.