Azərbaycan-Dağıstan turizm əməkdaşlığı genişlənəcək

 

 

 

   Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında turizm sahəsində əməkdaşlığın perspektivləri Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev və Dağıstanın turizmxalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın görüşündə müzakirə edilib.

   Milli Turizm Təbliğat Bürosundan bildirilib ki, görüşdə iki qurumun xətti ilə qonşu regionların turizm potensialının inkişaf etdirilməsi, turizm sahəsinə sərmayələrin cəlbi, həmçinin beynəlxalq turizmin inkişafı üçün şəraitin genişləndirilməsi məsələlərinə toxunulub. Eyni zamanda tərəflər birgə yeni turizm marşrutlarının yaradılmasını müzakirə ediblər.

   Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli fərmanına əsasən ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosupublik hüquqi şəxs yaradılıb.

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.8.