Turizm rekreasiya: problemlər perspektivlər

 

 

 

   Beynəlxalq konfrans keçirildi

  

   Aprelin 8-də Azərbaycan Turizm Menecment Universitetinin (ATMU) təşkilatçılığı ilə bu ali məktəbin nəzdindəki Bakı Turizm Peşə MəktəbindəTurizm rekreasiya XXI əsrdə: problemlər perspektivlərmövzusunda üçüncü beynəlxalq konfrans keçirildi.   

   Tədbirin moderatoru, ATMU-nun Turizm kafedrasının müdiri Bahadur Bilalov diqqətə çatdırdı ki, artıq üçüncü dəfədir təşkil edilən konfransda xarici ölkələrdən olan tədqiqatçıların turizmin inkişafı ilə bağlı səsləndirdikləri fikirlər tədbirin əhəmiyyətini daha da artırır.

   Konfransla eyni vaxtda Bakıda keçirilən “AİTF-2017” turizm sərgisi barədə məlumat verən ATMU-nun rektoru vəzifəsini icra edən Eldar Aslanov diqqətə çatdırdı ki, beynəlxalq sərgidə bu ali məktəbin stendi yerləşdirilib. O, iştirakçılara ATMU-nun fəaliyyəti haqqında məlumat verdi. Vurğuladı ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ATMU-nun üzərinə xüsusi öhdəliklər qoyulub.

   Rektor əvəzi paytaxtımızda ilk dəfə təşkil olunan Ticarət festivalı - “Baku Shopping Festival” barədə danışaraq qeyd etdi ki, festivalın təşkilinə töhfəsini vermək üçün ATMU-nun 200-dək tələbəsinə xüsusi təlimlər keçilib.

   ATMU-nun inkişaf məsələləri üzrə prorektoru İranə Əliyeva digər çıxış edənlər konfransın turizm sahəsinin inkişaf etdirilməsində qarşıya çıxan problemlərin müzakirəsi baxımından əhəmiyyətini vurğuladılar.

   Konfransda Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan Gürcüstandan olan tədqiqatçıların turizmin müxtəlif sahələrinə dair 33 məruzəsi dinlənildi.

   Müvafiq mövzu ilə bağlı fikir mübadiləsi aparılan tədbirdə XXI əsrdə turizmin dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu inkişafa töhfəsi barədə məlumat verildi.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.8.