Yol ver türkün bayrağına”

 

 

   Oğuz rayon MKS-nin Sincan kənd kitabxana filialında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın 125 illik yubileyi ilə əlaqədar “Yol ver türkün bayrağına” adlı şeir gecəsi keçirilib.

   Tədbir sözləri Əhməd Cavada məxsus olan Dövlət himnimizin sədaları altında başlayıb. Kənd kitabxanasının müdiri R.Əzizovanın şair haqqında məruzəsi dinlənilib. Ədəbiyyat müəllimi Səadət Səfərəliyeva Ə.Cavadın Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb.

   Sincan kənd kitabxanasının fəal oxucuları şairin şeirlərini söyləyib, Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı “Çırpınırdın, Qara dəniz” mahnısını oxuyublar.

 

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.10.