"Tıq-tıq xanımın nağılı" yapon dilində

 

 

   Azərbaycanın böyük ədibi Abdulla Şaiqin "Tıq-tıq xanımın nağılı" əsəri yapon dilinə tərcümə olunub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alan yaponşünas tələbələr Sirac Ağayev, Lamiyə Sadıqova və Üzeyir Kərimov nağılı yapon dilinə tərcümə ediblər. Əsər həm də adıçəkilən tələbələr tərəfindən səhnələşdirilib, aprelin 22-də Yaponiyada keçiriləcək festivalda tamaşaçılara təqdim olunacaq.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.15.