Milli geyimlərin interaktiv
təqdimatı keçiriləcək
Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində milli geyimlərimizin interaktiv təqdimatı keçiriləcək.
Muzeydən bildirilib ki, tədbirdə Azərbaycan milli geyimlərinin xüsusiyyətlərinə həsr olunan mühazirə oxunacaq.
Mühazirədən
əlavə arzu edənlər milli bədii tikmə sənəti üzrə
ustad dərsində iştirak
edə, bədii tikmə sənətinin rəngarəng ənənəvi
texnikaları olan təkəlduz, güləbətin
və doldurma ilə yaxından
tanış ola bilərlər.
Mədəniyyət.- 2017.- 14
aprel.- S.4.