TÜRKSOY-un baş katibinə xatirə medalı təqdim edilib

 

 

 

   Qazaxıstanın Azərbaycandakı səfirliyində TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Qızıl Orda vilayətinin mədəniyyət günləri münasibətilə tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyəti rəhbərliyinin görüşü keçirilib.

   Səfir Beybit İsabayev qeyd edib ki, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ərəfəsində səfirliyin, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY təşkilatının dəstəyi ilə aprelin 12-dən 15-dək Bakıda və Şəkidə Qazaxıstanın Qızıl Orda vilayətinin mədəniyyət günləri keçirilir.

   Görüşdə Qazaxıstan sənətçilərinin Azərbaycan tamaşaçılarına təqdim edəcəkləri proqram müzakirə edilib. İştirakçılar Düsen Kaseinovu 70 illik yubileyi münasibətilə təbrik edərək, türk xalqlarının yaxınlaşmasında, türk dünyasının mədəni dəyərlərinin təbliğində onun mühüm rolunu vurğulayıblar.

   Dünya Türk Xalqları Konqresinin prezidenti, professor Yəhya Əliyev Düsen Kaseinova türk xalqları qarşısında xidmətlərinə görə xatirə medalı təqdim edib.

 

 

Mədəniyyət.- 2017.- 14 aprel.- S.6.