Naxçıvana info-tur təşkil olunub

 

 

 

   Azərbaycanın Naxçıvan bölgəsi qədim tarixi, zəngin mədəniyyəti əsrarəngiz təbiəti ilə seçilir. Bu zənginlik regionun turizm imkanlarını da artırır. Bu potensialı tanıtmaq məqsədiləNəqşicahan Holdinqtərəfindən aprelin 11-də qədim diyara info-tur təşkil edilib. Tur çərçivəsində Türkiyə, İran, Kipr, Küveyt Azərbaycanın müxtəlif turizm şirkətlərindən 200-dən çox nümayəndə Naxçıvana gəlib.

   QonaqlarDuzdağhotelində yerli turizm nümayəndələri adamları ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib, Duzdağ Fizioterapiya Mərkəzinin imkanları ilə tanış olublar. İnfo-tur iştirakçıları Uzunoba istirahət kompleksi ilə tanış olub, dəniz səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən Batabat yaylağını gəzib, ərazidəki göllər haqqında məlumat alıblar. Qonaqlara Ağbulaq istirahət mərkəzinin turizm imkanları barədə məlumat verilib. Həmçinin info-tur iştirakçıları dini turizmdə mühüm rol oynayanƏshabi-Kəhf ziyarətgahıDini-mədəni abidə kompleksi ilə tanış olublar.

   Səfərlə bağlı fikirlərini bölüşən Azərbaycan Sağlamlıq Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirib ki, Naxçıvanın turizm potensialında müalicə turizmi xüsusi yer tutur. Assosiasiya bu ildən başlayaraq Baltikyanı ölkələrində Duzdağ Fizioterapiya Mərkəzinin tanıdılması istiqamətində işlərə başlayacaq.

   İranınMişoparvaz Təbrizturizm şirkətinin meneceri Fəriba Mirsefidi Naxçıvanın turizm potensialının böyük olduğunu bildirib: “Batabat yaylağı, Ağbulaq turistlər üçün əsl istirahət məkanlarıdır. Naxçıvanın hansı tərəfində olduqsa, orada bir füsunkarlıq, gözəllik gördük. İnanıram ki, Naxçıvan bütün bu gözəllikləri ilə qarşıdakı illərdə daha çox turist qəbul edəcək”.

   Türkiyənin “ASV Lojistikşirkətinin nümayəndəsi Hanifi Yıldırım da Naxçıvanın tarixi abidələrinin xarici turistlərin cəlb olunmasında önəmini vurğulayıb. Bildirib ki, Naxçıvan təbiəti, tarixi, mədəniyyəti, müasir inkişafı, turizm potensialı, məişəti qonaqpərvərliyi ilə xeyli sayda turisti qəbul etmək gücündədir.

   Qeyd edək ki, aprelin 14-dək davam edəcək info-tur çərçivəsində təcrübə mübadiləsi aparılacaq, turizm sahəsi üzrə fəaliyyət göstərən yerli mütəxəssislər üçün ustad dərsləri təşkil ediləcək.

  

   F.Hüseynov

  

Mədəniyyət.- 2017.- 14 aprel.- S.8.