Rumıniya agentliyi Bakı Şopinq Festivalı barədə məlumat yayıb

 

 

   Rumıniyanın “Agepresmilli xəbər agentliyi aprelin 10-da Bakıda başlanan ilk Şopinq festivalı barədə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hazırlanmış mətbuat üçün açıqlamanı yayıb. Dərc olunan materialda festivalın təşkilatçıları, tarixi, məqsədi, festival zamanı keçiriləcək mərasimlər, turistlərin xüsusi maraq göstərdiyi “Tax Freesistemi barədə məlumat verilib.

 

Mədəniyyət.- 2017.- 14 aprel.- S.9.