Milli Kulinariya Assosiasiyasının prezidenti Qırğızıstana səfər edib

 

 

 

   Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov Qırğızıstana səfər edib.

   T.Əmiraslanov qırğız həmkarları ilə birgə Bişkekdəki bir neçə tanınmış restoranın prosesimenyusu ilə tanış olub. O, yerli restoran işçiləri ilə görüşdə "İnsanın bütün hisslərinin restoran biznesində istismarı. Hisslərin istismarının restoran biznesindəki konseptual rolu" mövzusunda çıxış edib.

   AMKA-nın prezidenti, həmçinin Qırğız-Türk “ManasUniversitetinin tələbələri qarşısında mühazirə oxuyub.

   Səfər çərçivəsində T.Əmiraslanov tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun Bişkek yaxınlığında dəfn edildiyiAta-Beyttarixi-memorial kompleksini də ziyarət edib.

 

Mədəniyyət.- 2017.- 14 aprel.- S.9.