Müasir fortepiano musiqisinə dair konsert-seminar

 

 

 

   Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Musiqi fənləri kafedrasının təşkilatçılığı iləAzərbaycanın müasir fortepiano musiqisi: yaradıcılıq ifaçılıq xüsusiyyətlərimövzusunda bəstəkar Eldar Dadaşovun əsərlərindən ibarət konsert-seminar keçirilib.

   Kafedranın müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli dosent, Əməkdar mədəniyyət işçisi, bəstəkar-pianoçu Eldar Dadaşovun həyat və yaradıcılığından söz açıb. Bildirilib ki, görkəmli bəstəkar Cövdət Hacıyevin tələbəsi olan Eldar Dadaşovun yaradıcılığı janrüslub baxımından rəngarəng, eyni zamanda zəngindir.

   Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov Eldar Dadaşovun müasir bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olduğunu vurğulayıb.

   Tədbir BXA-nın tam orta məktəbinin şagirdləri, bakalavrmagistr tələbələrinin ifasında Eldar Dadaşovun əsərləribdən ibarət konsert proqramı ilə sona çatıb.

 

 

Mədəniyyət.- 2017.- 14 aprel.- S.15.