Tanınmış kinorejissorun xatirə gecəsi

 

 

   Aprelin 19-da Dövlət Film Fondunda tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Fikrət Əliyevin xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Film Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə mərhum rejissorun sənət dostları, kino işçiləri iştirak edəcəklər.

   Fikrət Əliyev rejissorluğa “Baladadaşın ilk məhəbbəti” qısametrajlı filmi ilə başlayıb. “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və digər filmlərin rejissoru olub.

 

Mədəniyyət.- 2017.- 19 aprel.- S.2.