Pianoçu soydaşımızın Parisdə konserti

 

 

   Azərbaycanlı pianoçu Səidə Zülfüqarova aprelin 23-də Parisdə Bulon-Biyankurda solo konsert proqramı ilə çıxış edəcək. Konsertdə F.Şopenin əsərləri səsləndiriləcək.

   Səidə Zülfüqarova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Bir sıra müsabiqələrin qalibidir, Paris IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professorudur.

 

Mədəniyyət.- 2017.- 19 aprel.- S.2.