Üç qastrol bir festival

 

 

   Gənc Tamaşaçılar Teatrının heyəti Gürcüstan Rusiyaya səfərə çıxır

  

   Gənc Tamaşaçılar Teatrı aprelin 19-dan 30-dək üç qastrol səfərində bir festivalda iştirak edəcək. Kollektiv bu müddətdə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyasının iki teatrında - Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar (Şimali Osetiya) Çeçenistan Dövlət Gənc Tamaşaçılar teatrlarının qonağı olacaq. Səfər çərçivəsində gənc yazar PərvininDəcəl keçiəsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

   Qeyd edək ki, bu səfərlərə qarşılıq olaraq 5-7 may tarixində Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı, 19-21 mayda Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək.

   Aprelin 20-dən 27-dək isə teatr Rusiyanın İvanovo vilayətində keçiriləcək “Hərarətli ürək” klassik rus dramaturgiyası III Beynəlxalq teatr festivalında N.Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə təmsil olunacaq. Əməkdar artist Şövqi Hüseynovun oynadığı monotamaşa bir neçə beynəlxalq festivalda diplommükafatlara layiq görülüb.

 

 

Mədəniyyət.- 2017.- 19 aprel.- S.2.