Musiqi məktəbinin hesabat konserti

 

 

   Aprelin 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli Musiqi məktəbinin 2016/2017 tədris ili üzrə hesabat konserti keçirilib.

   Tədbirdə baş idarənin rəisi Vüqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin Elm sektorunun müdiri Vüqar Məmmədov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, digər qonaqlar iştirak ediblər.

   Konsert proqramında şagirdlərin ifasında V.Adıgözəlovun “Layla”, C.CahangirovunBana-bana gəl”, S.Ələsgərovun “Şalaxo”, F.ŞopeninNoktürn”, Y.PolonunKonsertino”, K.Agilyeranın “Hurt” və digər bəstəkarların əsərləri səsləndirilib.

 

   Lalə

 

Mədəniyyət.- 2017.- 19 aprel.- S.5.