Bakı Şopinq Festivalına yeni mağaza və ticarət obyektləri qoşulur

 

 

 

   Aprelin 10-da start verilən Bakı Şopinq Festivalı uğurla davam edir. 110-a yaxın mağaza, 50-dək hotel restoranla başlayan festivala hər gün yeni mağazalar, ticarət obyektləri qoşulur.

   Aprelin 17-dən “La Perlamarkası Bakı Şopinq Festivalına qoşulub. Bununla da Bakının mərkəzində, Yusuf Məmmədəliyev küçəsi, 1A ünvanında yerləşən italyan lüks qadın geyimlərinin satışı ilə mağaza xanımlara festival sürprizi olaraq inanılmaz endirimlər təklif edir.

   Solitonmağazalar şəbəkəsi Şopinq festivalının iştirakçısıdır.Soliton”un paytaxtımızda fəaliyyət göstərən 6 mağazası Azərbaycan vətəndaşlarına şəhərimizin qonaqlarına mayın 10-dək böyük güzəştlərlə öz mallarını təqdim edəcək. Bütün alınan mallara 30 faizədək endirimlər edilir, üstəlik ƏDV-ni geri ala (“Tax free”) bilərsiniz.

   Bahar Opticsin Bakının iri alış-veriş mərkəzlərində yerləşən mağazaları da Şopinq festivalının iştirakçısı statusu alıblar. Mayın 10-dək “Metropark” alış-veriş mərkəzi və “Gənclik Mallda yerləşən “Bahar Optics” mağazalarında alış-verişdə böyük güzəştlər olacaq.

   Baku Shopping Festivalstikerini gördüyünüz bütün mağazalarda mayın 10-dək sizi xüsusi endirimlər gözləyir. Festivala qoşulan mağazaların siyahısı ilə linkindən tanış olmaq olar.

  

   F.Hüseynov

 

Mədəniyyət.- 2017.- 19 aprel.- S.8.