Kitabı tanıdın, kitabla tanının!”

 

 

 

   Buktreyler festivalına yekun vurulacaq

  

   Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən II Buktreyler festivalına aprelin 21-də yekun vurulacaq.

   "Kitabı tanıdın, kitabla tanının" şüarı ilə gerçəkləşən festivalın məqsədi kitab mütaliənin cəmiyyətdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı dəstəklənməsi, kino sahəsində istedadlı yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət biznesdə bir istiqamət kimi inkişaf etdirilməsidir.

   Festivala buktreylerlərin qəbulu aprelin 10-da başa çatıb. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək verilən qiymətlər toplanaraq qaliblər müəyyənləşdiriləcək. Buktreylər festivalının münsiflər heyətinə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, əməkdar incəsənət xadimləri - kinorejissor Elçin Musaoğlu, kinoşünas Ayaz Salayev, kinooperator Kənan Məmmədov daxildir.

   Qeyd edək ki, 1-ci, 2-ci (2 nəfər) 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq hərəsi 1000, 800 500 manat olmaqla pul mükafatları gözləyir. Bütün suallarla bağlı festival2017@booktrailer.az müraciət etmək mümkündür.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 19 aprel.- S.15.