Bakıda gənclərin beynəlxalq mahnı yarışması

 

 

   Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə aprelin 21-də Bakıda “Həmişə gənc” şüarı altında “Youthvisionikinci beynəlxalq mahnı müsabiqəsi keçirəcək.

   Müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Yarışmada 14-35 yaş arası gənclər iştirak edəcək.

   Qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən bir nəfər münsif üzvü dəvət olunur.

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.2.