Uşaqlar üçün kino

 

 

  Dərsfilmi növbəti festivalda

  

   Rafiq Əliyev Cavid TəvəkkülünDərsbədii filmi Rusiyanın Samara şəhərində keçirilən 22-ci “Uşaqlar üçün kinoBeynəlxalq film festivalında iştirak edir. Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasından bildirilib ki, aprelin 21-də başa çatacaq festivalda rejissor Rafiq Əliyev iştirak edir.

   “Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza AğayevaAnastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

 

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.2.