Buktreyler festivalının qalibləri elan olunacaq

 

 

 

   Aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən II Buktreyler festivalına yekun vurulacaq.

   Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında ilk dəfə ötən il keçirilən festivalın məqsədləri kitab mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı dəstəklənməsi, kino sahəsində istedadlı yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət biznesdə bir istiqamət kimi inkişafıdır.

   Kitabı tanıdın, kitabla tanınınsloqanlı ikinci festivalın münsifləri təqdim olunan buktreylerlərin qiymətləndirilməsinə yekun vurub. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif tərəfindən ayrılıqda qiymətləndirilib.

   Xatırladaq ki, festivalın qalibləri üçün müvafiq pul mükafatları (bir 1-ci yer - 1000 manat, iki 2-ci yer - 800 və üç 3-cü yer - 500 manat) nəzərdə tutulub.

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.2.